Опубліковано в державі Turkey - Соціальна взаємодія та розваги - 27 Dec 2021 03:52 - 0

http://gunaz.tv/ets/static/images/zuli-ava-iman-art-q-beyn-lxalq-u-u-lar-n.jpeg
Füzuli Hava Limanına beynəlxalq status verilib, bu barədə müvafiq qərar Azərbaycanın Baş naziri Əli Əsədov
tərəfindən imzalanıb. Beləliklə, Füzuli hava limanı beynəlxalq uçuşlar
üçün açıqdır və Qarabağın turizm potensialının inkişafına töhfə verəcək.



Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, beynəlxalq statusun verilməsi haqqında qərar Füzulidə yerləşən
hava limanında bütün tikinti-quraşdırma işləri başa çatdıqdan sonra
qəbul edilib.
Bundan əlavə, hava limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA)
tərəfindən latın əlifbasının üç hərfindən ibarət FZL kodu verilib.
Bu fərdi kod hava limanının yerləşdiyi şəhərin adı - Füzuli ilə bağlıdır.
Hava limanlarının IATA kodları sərnişin daşımaları üçün böyük əhəmiyyət
kəsb edir, bu kodlar aviaşirkətlər, aviabilet satışı üzrə agentliklər,
biletləri beynəlxalq təxsisetmə sistemləri və s. tərəfindən istifadə
olunur. 
Daha əvvəl Füzuli hava limanına Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO)
tərəfindən UBBF kodunun verilməsi təsdiq edilib. Füzuli hava limanı ən
yüksək beynəlxalq standart və normalara uyğun tikilib, istənilən növ
təyyarəni qəbul etmək imkanına malikdir. 
Füzuliyə ilk sınaq uçuşu sentyabrın 5-də həyata keçirilib və AZAL-ın ən böyük
sərnişin təyyarəsi - Airbus A340-500 burada eniş icra edib. Hava
limanında ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin
təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri,
işıq-texniki, əsas və ikinci dərəcəli radiolokasiya sistemi ilə tam
təchiz edilmiş 3000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı
istifadəyə verilib. 
Perronun sahəsi 60 min kvadratmetrdir və 8 hava gəmisinin dayanacağı üçün nəzərdə tutulmuşdur. 
Avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş hava hərəkətini idarəetmə qülləsinin inşası
başa çatmışdır. Bu, Füzuli hava limanına ICAO və IATA standartlarına
uyğun uçuşların başlanmasına imkan yaradacaq. Eyni zamanda, dövlət
başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava
limanlarının tikintisi davam etdirilir.
Füzuli hava limanından əlavə, hazırda Azərbaycanda altı beynəlxalq hava limanı
tikilərək fəaliyyət göstərir – Bakıda (GYD), Gəncədə (GNJ), Naxçıvanda
(NAJ), Qəbələdə (GBB), Lənkəranda (LLK) və Zaqatalada (ZTU). Sadalanan
hava limanlarından başqa, Azərbaycanda Yevlax hava limanı və Abşeronun
Zabrat qəsəbəsində yerləşən "ASG Helicopter Services" (ZXT) helikopter
aviaşirkətinin bazası aviasiya xidmətləri göstərir. (report.az)
Ayxan

Винагородити

A K I N C Isipinasipinasipina

Коментарі (0)